AZ

Meksikalı forvard "Milan"da

"Milan" növbəti transferini açıqlayıb.

İdman.biz xəbər verir ki, hücumçu Santyaqo Ximeneslə müqavilə imzalayıb.

Klubun mətbuat xidmətindən verilən açıqlamaya görə, razılaşma 2029-cu il iyunun sonuna kimi nəzərdə tutulub. "Feyenord"dan transfer olunan Meksikalı forvard 7 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Ximenes bu mövsümdə 19 oyunda 16 qol vurub və 3 ötürmə ilə yadda qalıb.

İdman.biz

Seçilən
18
idman.biz

1Mənbələr