AZ

Tramp Kanadanın baş naziri Trüdo ilə danışdı: HANSI NƏTİCƏYƏ GƏLDİLƏR?

Tramp Truth sosial media hesabında Trudeau ilə görüşü ilə bağlı paylaşım edib.

Turkustan.az xəbər verir ki, Kanadanın ABŞ banklarının orada açılmasına və ya iş aparmasına belə icazə vermədiyini müdafiə edən Tramp, buna bənzər bir çox şeyin olduğunu qeyd edib.

Tramp "narkotik müharibəsi" olduğunu da ifadə edərək, "ABŞ-da yüz minlərlə insan narkotik maddələrin Meksika və Kanada sərhədlərini aşması səbəbindən həyatını itirdi. İndicə Castin Trüdo ilə danışdım. Yenidən danışacam. saat 15:00-da"-deyə, bildirib.

Bildirək ki, ABŞ administrasiyası Kanada və Meksikadan idxal edilən mallara 25 faiz, Çindən idxala isə 10 faiz əlavə gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.

Trudeau cavab olaraq, ABŞ-dan 155 milyard dollarlıq idxala 25 faizlik tarif tətbiq ediləcəyini, tariflərin çərşənbə axşamından etibarən 30 milyard dollarlıq mallara və 21 gün ərzində 125 milyard dollar dəyərində mallara tətbiq ediləcəyini söyləyib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
22
46
turkustan.az

10Mənbələr