AZ

Emin “Neftçi”yə 2025-də ilk qələbəsini qazandırdı - REPORTAJ

Neftçi (Bakı) - Şamaxı 1:0 (1:0)
93. Rza Cəfərov (k) - 6,0
10. Filip Ozobiç - 5,5
(18. Rinosuke Ohori, 70) - 5,0
8. Emin Mahmudov - 6,5
3. Höccət Haqverdi - 6,0
19. Azər Salahlı - 5,5
4. Elvin Camalov - 6,0
91. Ağadadaş Salyanski - 5,5
(77. Yeqor Boqomolski, 70) - 5,0
14. Edvin Kuç - 4,5
(13. Emil Səfərov, 46) - 5,0
44. Yuri Matias - 5,5
24. Mustafa Sek - 5,5
88. Andrey Ştoqrin - qiymətsiz
(99. Ervin Koffi, 12) - 5,5
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rustam Samiqullin
7. Azər Əliyev
90. Ramil Şeydayev
78. Elcan Əbilov
47. Murad Məmmədov
23. Robert Bauer
20. Alfa Konte
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Emin Mahmudov
1. Rikardo Fernandes - 5,0
17. Rafael Məhərrəmli - 5,0
5. Arsen Ağcabəyov - 5,0
82. Rüfət Abbasov - 5,0
(14. Vüsal Məsimov, 90) - qiymətsiz
24. Edqar Adilxanov - 5,0
(23. Murad Vəliyev, 90) - qiymətsiz
32. Vasiliye Radenoviç - 5,0
20. Leroy Mikels (k) - 6,0
93. Brahim Konate - 5,5
9. Belajdi Pusi - 5,0
(12. Maykl Tuik, 76) - qiymətsiz
3. Vladislav Veremeyev - 5,0
(18. Cəlal Hüseynov, 67) - 4,5
33. Alfons Msanqa - 4,0
(30. Andrey Tırkovyanu, 46) - 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
60. Səbayıl Bağırov
6. Rauf Rüstəmli
19. Fəxri Məmmədli
89. Cəfər Muxtarov
66. Vasiliye Bakiç
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Leroy Mikels

Qol: E.Mahmudov, 45+3-p.
Vərəqə: A.Msanqa, 21 (qeyri-idman hərəkəti). A.Salyanski, 45 (hakimin qərarına etiraz). V.Veremeyev, 63 (qeyri-idman hərəkəti). C.Hüseynov, 79 (qeyri-idman hərəkəti). B.Konate, 82 (qeyri-idman hərəkəti). R.Məhərrəmli, 90+2 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Akif Əmirəli, Rahil Ramazanov, Kamranbəy Rəhimov (hamısı Bakı).
VAR hakimi: Elçin Məsiyev (Bakı).
VAR hakiminin köməkçisi: Elşad Abdullayev (Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
31 yanvar. Bakı. "Neftçi Arena". 1200 tamaşaçı (11000 yerlik).
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Cümə günü - həftəsonuna, başqa sözlə, istirahət gününə açılan qapı... Saat 18.30... Paytaxtın göbəyində "Neftçi" - "Şamaxı" matçı... Məncə, hansısa futbolsevəri, xüsusilə "Neftçi" azarkeşini bundan daha xoşbəxt edəcək mənzərə haqda düşünmək məntiqəuyğun olmaz.

İş orasındadı ki, meydan sahiblərini dəstəkləmək üçün stadiona təşrif buyuranlar həm də nigaran görünürdü. "Heç olmasa, bu dəfə..." ifadələri dilə gəlməsə də gözlərindən oxunurdu desək, yanılmarıq.Və "ağ-qaralar" artıq 3-cü dəqiqədən tərəfdarlarını ümidləndirməyə başladı. Daha doğrusu, Matias Elvinin ötürməsindən sonra təxminən 40 metr məsafədən fərqlənmək eşqinə düşdü ki, Rikardo təhlükəni sovuşdurdu. Ardınca özünü cərimə meydançasının həndəvərinə çatdıran Rüfət məhsuldar ötürmə müəllifi ola bilərdi. Lakin Höccətin müdaxiləsi topun Konateyə çatmasına imkan vermədi. 8-ci dəqiqədə Mikels bəxtini sınayanlar sırasına qoşuldu. O, yaxın məsafədən hesabı açmağa cəhd etsə də, Elvin buna şərait yaratmadı. "Şamaxı"nın ən real qol vəziyyəti 13-cü dəqiqəyə təsadüf etdi. Daha doğrusu, Mikels dirəyi "nişan aldı". Pusinin fərqlənməsinə isə Rza mane oldu. Bundan sonra "Neftçi"nin hücum cəhdləri qeydə alındı. Əvvəl Ağadadaş rəqibin müdafiə xəttini yara bilmədiyindən uğursuzluğa düçar olsa da, ardınca Ozobiç topu tora qovuşdurdu. İş orasındadı ki, qol onun oyundankənar vəziyyətdə olması üzündən sayılmadı. Hər halda, "ağ-qaralar" paltardəyişmə otağına hesabda öndə yollana bildi. Ona görə ki, Msanqanın cərimə meydançasına daxil olan Eminin qarşısını kobud müdaxiləylə aldığını görən Rəşad Əhmədov dərhal "nöqtə"ni göstərdi. Topun arxasına keçən Mahmudov "çərçivə"ni dəqiq nişan almaqla cari mövsümdə qol hesabı da açdı.

İkinci hissə təhlükəli vəziyyətlər baxımından rəngarəng olmadı. Həm "Neftçi", həm də "Şamaxı" bir neçə dəfə fərqlənmək istəsə də, hesab dəyişmədi. "Ağ-qaralar" Sek sayəsində fərqi artıra bilərdi. Amma top tirdən döndü. Koffinin zərbəsini isə Rikardo dəf etdi. "Şirlər"dən Tırkovyanu və Rüfətin qeyri-dəqiqliyi Mikelsin Rzayla təkbətək mübarizədən məğlub ayrılmasıyla müşayiət olundu. 83-cü dəqiqədə Eminin cərimə zərbəsindən birbaşa "çərçivə"ni nişan almaqla dubl etmək arzusunu Rikardo gözündə qoydu. Beləliklə, "Neftçi" 2025-də ilk qələbəsini qazandı və xal hesabında “Sumqayıt”a çatdı. "Şamaxı"nın durumu isə daha da çətinləşdi. Ayxan Abbasovun komandası son 14 turda cəmi bir qələbə qazanıb.

Gözdən qaçmadı
* "Forza Neftçi" tribunalardakı yerini almışdı. "Şamaxı" isə səfərdə dəstəksiz qalmışdı

KƏNAN BAHADIR

Seçilən
19
football-plus.az

1Mənbələr