AZ

"Milan" meksikalı hücumçu aldı - FOTO

Niderlandın "Feyenoord" kollektivinin və Meksika millisinin hücumçusu Santyaqo Ximenes "Milan"a transfer olunub.

Milli.Az xəbər verir ki, bu barədə "Rossonerilər"in mətbuat xidməti məlumat yayıb.

23 yaşlı forvard yeni komandası ilə 2029-cu ilə qədər müqavilə bağlayıb. O, "Milan"da 7 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Ximenez cari mövsüm "Feyenoord"un heyətində 19 oyunda 16 qol vurub. Futbolçu Meksika yığmasında 32 qarşılaşmada 4 dəfə fərqlənib. /Report

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
16
milli.az

1Mənbələr