ABŞ prezidenti Donald Tramp Meksikadan idxal olunan mallara tətbiq ediləcək rüsumların bir aylıq müddətə dayandırıldığını təsdiqləyib.
"Bundan əlavə, biz gözlənilən rüsumları dərhal bir ay müddətinə dayandırmaq barədə razılığa gəldik"
Valyuta.Az xəbər verir ki, bunu Tramp "Truth Social" sosial şəbəkəsində yazıb. "Bu müzakirələrdə Meksikanın prezidenti Klaudiya Şeynbaum ilə iştirak etməyi və ölkələrimiz arasında razılaşma əldə etməyə çalışacağımı gözləyirəm".
Onun sözlərinə görə, Şeynbaum ABŞ ilə sərhəddə qanunsuz immiqrasiya və narkotik ticarəti ilə mübarizəni gücləndirmək məqsədilə 10 min Meksika hərbçisinin yerləşdirilməsinə razılıq verib. "Meksikanın prezidenti Klaudiya Şeynbaum ilə yeni danışdım. Bu, çox dostyana bir söhbət oldu və o, Meksika ilə ABŞ arasındakı sərhədə dərhal 10 min Meksika hərbçisinin göndərilməsinə razılıq verdi", – deyə Tramp bildirib.
Onun sözlərinə görə, bu hərbçilər "fentanil axınının və qeyri-qanuni immiqrantların qarşısını almaq" üçün məsuliyyət daşıyacaqlar. Tramp əlavə edib ki, Vaşinqtonun Meksika ilə danışıqlarını ABŞ-ın dövlət katibi Marko Rubio, eləcə də maliyyə və ticarət nazirləri Skott Bessent və Hovard Latnik davam etdirəcəklər.
2023-cü ildə ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri ("CDC") məlumat verib ki, Meksikadan gətirilən sintetik opioid analgetiki fentanilin həddindən artıq dozası səbəbindən ölkədə ölüm səviyyəsi 2016-cı ildən 2021-ci ilə qədər dörd dəfə artıb. "CDC" qeyd edib ki, ABŞ hər il təxminən 100 min insanın həyatına son qoyan genişmiqyaslı opioid epidemiyası ilə qarşı-qarşıyadır.
Rəhim