Əgər Ukrayna Rusiya ilə müharibədə uduzsa, o, mövcudluğunu dayandıracaq.
Oxu24.com xəbər verir ki, bunu İspaniya Xarici İşlər Nazirliyinin rəhbəri Xose Manuel Albares deyib.
"Ukrayna bu müharibəni uduzsa, Ukrayna yox olacaq", - o vurğulayıb.
Albaresin fikrincə, Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar Kiyevin mövqeyi nəzərə alınmadan aparılmamalıdır.
Avropanın təhlükəsizliyi məsələsinə toxunan nazir onu da qeyd edib ki, bu problem də Aİ ölkələrinin nümayəndələri olmadan müzakirə oluna bilməz.
Nigar