AZ

OPEC+ Monitorinq Komitəsinin neft bazarındakı vəziyyətinin analizinə həsr edilmiş görüşü başlayıb

Bakı, 3 fevral, AZƏRTAC

OPEC+ Monitorinq Komitəsi neft bazarındakı mövcud vəziyyəti analiz etmək üçün videokonfrans formatında görüşə başlayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu, 2025-ci ildə Alyansın ilk görüşüdür.

Qeyd edək ki, 2024-cü il dekabrın 5-də OPEC+ ölkələri Monitorinq Komitəsinin iclasında və ümumi görüşdə bir araya gəlmişdilər. Həmin vaxt Alyans ölkələri 2025-ci ilin ilk rübü ərzində gündəlik hasilatın 2,2 milyon barel azaldılması ilə bağlı könüllü məhdudiyyətlərin uzadılması barədə razılığa gəlmişdilər. Bu məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması 2026-cı ilin sentyabrına qədər davam edəcək.

Seçilən
11
1
azertag.az

2Mənbələr