AZ

“İdeal House” 15 000 manat cərimələnə bilər

“İdeal House” şirkəti inzibati məsuliyyətə cəlb edilib. 

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin  598.7-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması - qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

İşə 14 fevral tarixində Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 598.7-ci maddəyə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

Hüseyn

Seçilən
9
valyuta.az

1Mənbələr