AZ

"Vest Hem" yarımmüdafiəçisini geri qaytardı

"Vest Hem" klubu yarımmüdafiəçisi Ceyms Uord-Prausu "Nottingem Forest"dəki icarə müddəti başa çatmadan geri qaytarıb.

Fanat.Az "çəkicdöyənlər"in mətbuat xidməti yayıb. 

Baş məşqçi Qrem Potterin 30 yaşlı Uord-Prausun xidmətində maraqlı olduğu bildirilib.

Xatırladaq ki, sözügedən oyunçu "meşəbəyilər"ə cari mövsümün sonunadək icarəyə verilmişdi. O, "Nottingem"in forması ilə İngiltərə Premyer Liqasında 10 matça çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
9
fanat.az

1Mənbələr