Türkiyənin 6 feral 2023-cü il zəlzələlərində zərər görmüş Adıyaman vilayətində yenidənqurma işləri davam edir.
APA-nın bölgəyə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, Adıyaman ərazisində yerləşən tikililərin 28,7 faizi zəlzələ zamanı ya tamamilə çöküb, ya da yararsız hala gəlib.
Bölgəyə təşkil olunmuş media-tur zamanı jurnalistləri məlumatlandıran Adıyaman valisi Osman Varolun sözlərinə görə, son iki ildə yenidənqurma işləri nəticəsində bu vilayətdə yeni 58, 322 tikili inşa edib ki, bu da Adıyamanın sikinti fondunun 32, 5 faizinin yenilənməsi deməkdir.
Adıyamanda yeni mənzillərin sahiblərinə təhvil verilməsi prosesi də sürətlə davam edir. TOKİ və Emlak Konutun dövlət layihısi çərçivəsində inşa etdiyi binalarda 31, 406 mənzilin sahibi müəyyənləşib. Qeyd edək ki, təkcə Adıyamanda zəlzələdən sonra 125 mindən çox insan konteyner şəhərciyində yaşayıb. DÖvlət Adıyamandan zəlzələdən zərər çəkən insanlara üçün isə 10, 364, 855, 502 Türk lirəsi ayırıb.
Zəlzələ zamanı Türkiyənin cənub-şərqində yerləşən digər vilayətlərdə olduğu kimi, Adıyamanda da tarixi binalar zərər görüb. Hazırda tarixi Ulu Camii və Mor Petrus Mor Paulus kilisəsində bərpa işləri gedir.