Ağsu rayonunda məktəb direktoru həbs edilib.
Xezerxeber.az-ın xəbərinə görə, Fəxrəddin Həsənovun oğlu bildirir ki, atasını bir -neçə dəfə çağırıb izahatını alıblar.
Verilən məlumata görə, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.
Dağlıq-Şirvan Regional Təhsil İdarəsi də sabiq direktorun həbsi məsələsinə münasibət bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.