AZ

Qunduzlar yerli hakimiyyətin 7 ildir planlaşdırdığı bəndi 2 günə tikiblər - KURYOZ HADİSƏ - FOTO

Çexiyada qunduzlar yerli hakimiyyətin 7 ildir planlaşdırdığı bəndi 2 günə tikiblər.

Sherg.az xəbər verir ki, heyvanlar bununla administrasiyanın öz xərclərinə 1,2 milyon dollar qənaət etməsinə səbəb olublar.

Bördi Landşaft Parkında bataqlıqların bərpası layihəsi 2018-ci ildən hazırlanırmış və illər ərzində rəhbərlik bütün lazımi icazələri toplayıb tikintiyə başlamağa hazır imiş.

Ancaq bunun sonradan lazımsız olduğu ortaya çıxıb  - 2020-ci ildən parkda yaşayan qunduzlar gəmirərək lazımi yerlərdə bəndlər tikib.

"Qunduzlar bizə 30 milyon çex kronası miqdarında qənaət imkanı verdilər. Onlar bəndləri heç bir layihə sənədi olmadan və pulsuz tikiblər", - təbiət qoruğunun administrasiyasının rəhbəri bildirib.

Seçilən
38
sherg.az

1Mənbələr