AZ

İran-Azərbaycan münasibətlərində yeniliklər Ermənistanda böyük xof yaratdı...

Image

İran prezidenti Məsud Pezeşkian Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib. Bu barədə Azərbaycanın İrandakı səfirliyi “X”dakı hesabında məlumat yayıb. 

Bildirilib ki, görüşdə Hikmət Hacıyev Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb. İran prezidenti salamlara və dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarının prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Bununla yanaşı, Azərbaycan prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan və İran arasında qarşılıqlı etimad artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunub. Hikmət Hacıyev sosial şəbəkədə bu xüsusda yazıb: “Tehrana səfər çərçivəsində İran İslam Respublikası Prezidentinin siyasi müşaviri Mehdi Sanai və xarici işlər naziri cənab Abbas Araqçı ilə səmərəli müzakirələr apardıq. Azərbaycan – İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. 3+3 regional formatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edildi. Qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olundu. Ağbənd – Naxçıvan və Şimal-Cənub Nəqliyyat Dəhlizləri iki ölkənin ortaq maraqlarına xidmət edən vacib regional və transregional layihələr kimi qeyd olundu”. Bütün bunlar öz növbəsində Ermənistanda ciddi təşvişlə qarşılanır. Bu xüsusda “armenianreport” portalı yazır: “Digər görüşlərlə yanaşı, Hikmət Hacıyev İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə də görüşərək iki ölkənin tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə Azərbaycanın Tehrandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb. "Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi, İran prezidentinin siyasi müşaviri Mehdi Sənai və xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb. Məhz bu fakt səfər və onun məzmunu göstərir.  Ermənistana çox mənfi təsir göstərə biləcək hadisələr baş verir. Bakı mediası haqlıdır ki, regionda Avropanın təsirinin artmasının qarşısının alınması məsələsində hazırda Azərbaycan, İran, Türkiyə və Rusiya arasında ortaq mövqe var. Və bütün bu ölkələrin nəzərində Ermənistan Avropa İttifaqının regionda bələdçisidir. Bu, göz ardı edilə bilməyən bir reallıqdır.

Bütün bu ölkələrin ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ölkələri arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalamasına son dərəcə mənfi reaksiya verməsini də gözardı etmək mümkün deyil. Blinken öz işini gördü və ölkəmizi yeni çağırışlarla üz-üzə qoyub getdi. Ölkəmizdə heç kim Co Bayden kimi Blinkendən heç nə soruşa bilməyəcək. Baş nazir Nikol Paşinyanın ABŞ-ın yeni prezidenti Donald Trampla görüşə bilməyəcəyi də onu deməyə əsas verir ki, bizə nəhəng, az qala tarixi və geosiyasi sıçrayış kimi təqdim edilənlərin əvəzini ödəmək təhdidləri artmaqdadır. Ermənistan, xüsusən də Cənubi Qafqaz Trampı maraqlandırmır. O, Kanadanı ABŞ-ın 51-ci ştatına çevirməyə çalışır, Qrenlandiyanı ələ keçirməkdən çox danışır. O, eyni Kanadaya, eləcə də Meksikaya tariflər qoyur, Avroap ittifaqı  ilə eyni şeyi edəcəyi ilə hədələyir. O, Ukraynada müharibəni dayandırmağa hazırlaşır, ancaq Rusiyanın şərtləri ilə. Bəli, sonuncu məqam artıq açıq-aydın səslənir. Bunu Ukrayna prezidenti Volodimir Zelenskinin son çıxışlarından da görmək olar. ABŞ-dan Ukrayna ilə bağlı danışıqların Ukraynasız da mümkün olduğuna dair mesajlarından, həmçinin ABŞ-ın Ukraynada yeni seçkilərə susadığına dair eyhamlardan da bu sezilir. Tramp Bayden və komandasının iddia etdiyindən Ukraynaya daha çox pl verildiyini bildirir. Bütün bunların nə demək olduğunu başa düşürük.   Rusiya dünyada mövqeyini möhkəmləndirəcək. O, müharibədə qalib gələcək və təbii ki, onda ermənistan üçün də sorğu-sual vaxtı başlayacaq. Ölkəmiz ilk vurulanlardan biri ola bilər. Həm də ona görə ki, Nikol Paşinyan və komandası yenidən yanlış “stavka”lar edib. Onların hakimiyyəti artıq bizə çox baha başa gəlib. Ancaq işlər daha da pis və daha faciəli ola bilər”. Hesab olunur ki, bu şəraitdə Azərbaycan-ran əlaqələrinin drinləşməsi də Ermənistan üçün yeni tıhdidlər yaradır. Azərbaycan ilə İran arasında 765 kilometr sərhəd var ki, bu da qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə imkan yaradır. Bu mənada nəqliyyat sahəsindəki əməkdaşlıq əlaqələri digər dövlətlərə nümunə ola bilər. Belə ki, hər iki dövlət Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi beynəlxalq mahiyyət daşıyan bir layihənin həyata keçməsində də əməkdaşlıq edir. Asiya ilə Avropanı birləşdirən bu dəhlizə daxil olan avtomobil, dəmir yolları Azərbaycan və İran ərazisindən keçir. Bu isə İran ilə Azərbaycanın beynəlxalq yükdaşımalarda tranzit potensialını və rolunu artırır. İranın Oman dənizindəki Çabahar, Fars körfəzindəki Bəndər Abbas limanlarına Cənub-Şərqi Asiya və Körfəz ölkələrindən daxil olan yüklər Azərbaycan ərazisindən daşınacaq. Bu işdə rəsmi Bakı ilə Tehranın əməkdaşlığı heç də təsadüfi xarakter daşımır.

Tahir TAĞIYEV





Seçilən
13
baki-xeber.com

1Mənbələr