AZ

Fransız nəşri Bakıda məhkəməsi gedən Vardanyandan "böyük qəhrəman" düzəldir...

Image

Mübariz Göyüşlü: “Azərbaycanın seçdiyi yol, siyasət kiməsə xoş gəlsin deyə müəyyən edilməyib”

Bakıda Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə təqsirli bilinən 15 nəfərin, o cümlədən  Vardanyan Ruben və digərlərinin məhkəməsi davam edir. 

Bu cinayətkarla bağlı xarici media orqanları, o cümlədən Fransa nəşri material dərc edib. Materialda Şiller Beynəlxalq Universitetinin professoru, “Ermənistanın geosiyasəti” kitabının müəllifi Tiqran Yeqavyanın fikri yer alıb: “Rejimin ən çox qorxduğu adam Ruben Vardanyandır”.

Görəsən, fransız nəşri məhkəmə prosesini niyə bu formada təqdim edir? Azərbaycan hakimiyyəti niyə Vardanyandan qorxmalıdır? 

“Azərbaycan dövləti nə Vardanyan, nə onun arxasında dayananlardan, nə də bugünkü Ermənistandan qorxur”

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan dövləti nə Vardanyan, nə onun arxasında dayananlardan, nə də bugünkü Ermənistandan qorxur: “Ölkəmizin çəkinəcəyi bir məqam, vəziyyət yoxdur. Biz bunu hər bir mərhələdə göstərdik. Prezident İlham Əliyev dəfələrlə separatçılara, onların arxasında olanlara xəbərdarlıq edib. Bu xəbərdarlıqlar həm İkinci Qarabağ müharibəsində, həm də antiterror əməliyyatı zamanı edildi. Ancaq onlar bizim bu çağırışları eşitmədilər və nəticə göz önündədir. Onlar layiq olduqları cəzanı alır və alacaqlar. Fransa nəşri məlum materialı bilərəkdən yayıb. Ancaq ölkəmizin Fransanın davranışlarından, törətmək istədiyi hər hansı bir məsələdən belə  çəkinəcəyi yoxdur. Çünki Azərbaycanın siyasəti doğrudur, göz önündədir, ölkəmiz öz haqlı siyasətini davam etdirəcək”.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanın seçdiyi yol, siyasət kiməsə xoş gəlsin deyə müəyyən edilməyib: “Doğru bildiyimiz yolda davam edəcəyik. Ölkəmizin Vardanyan kimilərdən çəkinəcəyi, qorxacağı hər hansı bir məsələ yoxdur”.

Günel CƏLİLOVA





Seçilən
33
baki-xeber.com

1Mənbələr