İrəvanın mərkəzində Azərbaycan dilində "Qarabağ" mahnısını oxuduğuna görə İran vətəndaşının saxlanması Ermənistandakı dözümsüzlüyü bir daha ortaya qoydu.
Xezerxeber.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyir ki, "Qarabağ" və "Anadır arzulara hər zaman Qarabağ" adı ilə tanınan mahnının oxunması görüntülərinə görə Ermənistanın media və sosial şəbəkə seqmentində ajiotaj və nifrət püskürdüldü.
Bu da erməni cəmiyyətində dərin kök salmış türkofobiya və azərbaycanofobiyanın əsl göstəricisidir.
Sözügedən görüntülərdən dərhal sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti məsləni araşdırdı və oxuyanların İran vətəndaşlarının olması müəyyən edildi. Maraqlısı budur ki, Qarabağ mahnısını oxuyanlardan birini "xuliqanlıq" maddəsi ilə saxladılar.
Bu isə Ermənistanda qanunun aliliyinin və insan haqlarının hansı səviyyədə olduğunu nümayiş etdirir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.