AZ

Məşhur menecer türk futbolçunu İngiltərəyə aparmaq istəyir

"Yuventus"un ulduz futbolçusu Kənan Yıldız dünya şöhrətli menecer Jorge Mendeşlə görüşüb. Metbuat.az xəbər verir ki, görüşün futbolçunun İngiltərə Premyer Liqasına transferi ilə bağlı olduğu irəli sürülüb. “La Gazzetta dello Sport”un xəbərinə görə, Mendeşin səfəri ailəvi səbəblərə görə edildiyi görünsə də, pərdə arxasında diqqəti çəkən detallar da var. Mendeş Turinə oğullarından birini gənclər arasında keçirilən turnirdə izləmək üçün gəlsə də, Kənan Yıldız və ailəsi ilə görüşüb. Bildirilir ki, futbolçunun karyerası ilə bağlı onun ailə üzvlər ilk məsləhətçilərdir.

Qeyd edək ki, “Yuventus”un Kənan Yıldız üçün 80 milyon avrodan aşağı təklfiləri dəyərləndirməyəcəyi irəli sürülüb.

Seçilən
5
metbuat.az

1Mənbələr