AZ

SƏRHƏDYANI RAYONLARDA BLOK- POST DEYİL, POLİS POSTLARI QURULUB...

"Sərhəd-Sipər” şərti adı altında Rusiya ilə sərhədyanı rayonların ərazisində keçirilən tədbirlərdə Azərbaycan tərəfində hər hansı blok-post qoyulması zərurəti yoxdur.

Tezadlar.az bildirir ki, Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, ölkələr arasında qarşılıqlı razılaşmaya əsasən informasiya mübadiləsi aparılır. Sitat:  "Uzun illərdir keçirilən bu tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icra mexanizminin diqqətdə saxlanılmasıdır", - məlumatda deyilir.

Qeyd edək ki, internet resurslarda Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində blok-post qoyulması ilə bağlı məlumatlar yayılıb.

Seçilən
4
49
tezadlar.az

10Mənbələr