AZ

Minimum pensiya 320 manata çatdırılır – Milli Məclisdə müzakirələr VİDEO

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib.

Xezerxeber.az xəbər verir ki, plenar iclasda  Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib. Layihəyə əsasən, əmək pensiyasının minimum məbləği bu il fevralın 1-dən 280 manatdan 320 manata çatdırılacaq.

Millət vəkili Tahir Mirkişili bildirib ki, ölkəmizdə qanunvericilik süni intellektin anlayacağı formatda hazırlanmalıdır.

Deputat Siyavuş Novruzov Amnistiya Aktının hazırlanmasını təklif edib.

Milli Məclisdə Qərbi azərbaycanlıların təzminat məsələsi də qaldırılıb.

Millət vəkili  Hikmət Babaoğlu deyib ki, Ermənistan xarici işlər nazirinin Ermənistan Qərbi Azərbaycanlılara kompensasiya ödəyib açıqlaması həm həqiqətin, həm də rəqəmlərin təhrifidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
32
1
xezerxeber.az

2Mənbələr