AZ

“Nimesil” Azərbaycanda qadağan oluna bilərmi? VİDEO

ABŞ-də və Avropada "Nimesil" dərman vasitəsi qadağan olunub.

Xezerxeber.az xəbər verir ki, buna səbəb isə “nimesil”in çoxsaylı fəsadlarıdır. Sözügedən ağrıkəsicinin selikli qişanı, mədənin divarlarını əritdiyi, toksiklik dərəcəsi yuxarı olduğu üçün qaraciyəri dağıtdığı, mədədə yanma hissi yaratdığı, bəzən qanaxmaya səbəb olduğu vurğulanır.

Bəs, Azərbaycanda bu preparat qadağan oluna bilərmi?

Əczaçı Xəyalə Behbudovanmın sözlərinə görə, hazırda “nimesil” ən çox alınan dərman preparatlarındandır.

Tibb universitetinin dosenti, farmakoloq Aydın Əliyevin sözlərinə görə isə, sözügedən dərmanın həkim resepti olmadan istifadəsi yolverilməzdir.

Qeyd olunan preparatın ölkəmizdə qadağan olunması məsələsinə gəldikdə isə, Səhiyyə nazirliyi Analitik Ekspertiza Mərkəzindən “Xəzər Xəbər”ə verilən məlumata görə, nimesulid tərkibli dərman vasitələrinin qadağan edilməsi və ya məhdudlaşdırılması ilə bağlı qərarlar milli tənzimləmə yanaşmalarından asılıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
13
5
xezerxeber.az

6Mənbələr