AZ

Səbaildə 23 saylı poçtda işçilər ola-ola vətəndaşlara niyə xidmət göstərilmir? VİDEO

İşıqları yanır, qapsı isə bağlıdır... Əməkdaşlar işdədirlər, lakin abonentlərə xidmət göstərilmir...

Xezerxeber.az xəbər verir ki, görüntülər Səbail rayonu, Salyan şossesindəki 23 saylı poçt şöbəsindəndir. Bağlamaları yolda, məktublərı əllərində qalan vətəndaşlar iddia edirlər ki, düz bir aydır poçtda heç bir təmir işi aparılmır.

Poçtun qapısına vurulan elanlarda vətəndaşlara kiçik paketlər və bağlamalar üçün həmin ərazidən 9 dayanacaq uzaqlıqda yerləşən Badamdar filialına yaxınlaşmaları tövsiyə edilir.

Sakinlərin sözlərinə görə, bununla bağlı müvafiq qurumlara müraciət ediblər və vətəndaşlara binanın qəzalı vəziyyət olduğu deyilib.

23 saylı poçt şöbəsinin əməkdaşları da bildirdilər ki, hər gün işə gəlirlər, lakin abonentlərə xidmət göstərməyə icazə verilmir.

"Azərpoçt" MMC-dən isə "Xəzər Xəbər"ə bildirildi ki, 23 saylı poçt şöbəsinin binası istismara uyğun deyil.

Afaq İbrahimova qeyd edib ki, vətəndaşlara xidmət göstərilməsi yaxınlıqdakı AZ1004 indeksli digər poçt şöbəsinə həvalə edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
10
xezerxeber.az

1Mənbələr