Bu gün rəqəmsal birjalarda kriptovalyutaların dəyəri aşağı düşüb.
FED.az xəbər verir ki, xüsusilə əsas kriptovalyuta olan bitkoin kəskin ucuzlaşaraq son 3 həftədə ən aşağı qiymətə düşüb.
Belə ki, fevralın 3-də bitkoin sürətlə ucuzluşaraq əvvəlcə 98 min dollardan aşağı, daha sonra isə ümumiyyətlə 92 995 dollara düşüb.
Bu yanvarın 14-dən bəri bitkoinin ən aşağı qiymətidir.
Ümumiyytlə bitkoin sonuncu dəfə yanvarın 15-də 98 min dollardan ucuz olmuşdu. Trampın qələbəsindən sonra isə bitkoin 15 gün yaxındır ki, yüksək qiymətlərdə idi.
Sonradan kriptovalyuta öz qiymətini bir qədər bərpa edib və 98 min dollardan yuxarıdır. Amma hətta bu azalmadan sonra da bitkoin son bir ayda ucuzlaşmamış sayılır. Belə ki, yanvarın 3-də kriptovalyutanın qiyməti 97 min dollar idi.
Son bir ildə isə bitkoinin qiyməti 2,5 dəfə və ya 58 min dollar bahalaşıb, bir il əvvəl bitkoin cəmi 42 min dollar idi. 5 ay əvvəl, avqustun əvvəlində isə bitkoin 54 min dollar idi.