AZ

Sərxan Hacıyev istefa verdi, yerinə o gətirildi

Ajans.az xəbər verir ki, sözügedən vəzifədən istefa verən və icraçı vitse-prezident postundakı fəaliyyətini davam etdirəcək Sərxan Hacıyevi Cahangir Fərəcullayev əvəz edəcək.

Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb.

O, 2004-2019-cu illərdə "Deniz Service", "Engin", "Gametv" Prodüser Mərkəzi, AGBank, "Novartis", "Sandoz" və "JTI Azərbaycan" şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil məsləhətçi kimi çıxış edib.

2019-2020 illərdə "Topaz" şirkətinin baş direktoru olub. 2021-ci ildən indiyə qədər "Azərlotereya" ASC-də baş direktorun müşaviri və LMK şirkətində baş direktor vəzifəsində çalışıb.

Cahangir Fərəcullayev vəzifəsinin icrasına bu gündən etibarən başlayacaq.

Qeyd edək ki, daha öncə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli açıqlamasında Sərxan Hacıyevin vəzifədən uzaqlaşdığı barədə xəbəri təkzib etmişdi.

Seçilən
21
1
Ajans.az

2Mənbələr