AZ

Manatın dövretmə sürəti niyə azalır?

Mərkəzi bankın yaydığı məlumata görə, bu ilin yanvarın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,45 bənd təşkil edib.

Bu, dekabrın 1-i ilə müqayisədə 0,12 bənd (3,4%) az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,03 bənd (0,9%) azdır.

Belə ki, bu ilin dekabrın 1-də manatın dövretmə sürəti 3,57 bənd, ötən ilin yanvarın 1-nə isə 3,48 bənd təşkil edib. 

Bu azalmanı ciddi göstərici hesab etmək olarmı?

Mövzu ilə bağlı Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bu azalma elə də ciddi göstərici deyil. Lakin bu həm də iqtisadiyyatın zəifləməsinə dəlalət edir:

Pul ən çox alıq-satqı zamanı, müxtəlif xidmət sahələrində dövr edir. Ölkədə iqtisadi aktivlik çox olanda isə pul çox dövr edir, azalanda isə pul daha az dövr edərək, sahiblərinin əlində qalır. Ancaq indiki vəziyyətdə göstərilən rəqəmlər bu elə də böyük fərq deyil. Hansısa bir ciddi tendensiya var demək olmaz”. 

Davud

Seçilən
10
valyuta.az

1Mənbələr