AZ

Böyük Britaniya 13 ölkə ilə bağlı xəbərdarlıq etdi: siyahıda Ermənistan da var

  Rusiya hökumətin xəbəri olmadan üçüncü ölkə subyektlərindən Qərb istehsalı məhsullar almağa davam edir.

Bu barədə Böyük Britaniya hökumətinin bəyanatında deyilir.

“Bir neçə ölkə Rusiyaya “ümumi yüksək prioritet siyahısı”da olan məhsulların axınını azaltmaq üçün addımlar atır. Şirkətlər həmin ölkələrdə ixrac nəzarəti şərtlərini davamlı olaraq gözdən keçirməlidir.

Şirkətlər ixrac məhsulların Rusiyaya yönləndirilməsinin qarşısını almaq üçün gücləndirilmiş nəzarət həyata keçirə bilərlər. Böyük Britaniya məhsulların son ixrac ünvanının Rusiya olmaması şərtilə həmin ölkələrlə əməkdaşlığı tam dəstəkləyir. Siyahıya daxil edilən ölkələr orada fəaliyyət göstərən qurumların hərəkətlərinə görə məsuliyyət daşımır”, – deyə bəyanatda qeyd olunur.

13 ölkənin qeyd olunduğu siyahıda Ermənistanın da adı var. Digər ölkələr isə bunlardır: Çin, Hindistan, İsrail, Qazaxıstan, Qırğızıstan, Malayziya, Monqolustan, Serbiya, Tailand, Türkiyə, BƏƏ, Özbəkistan və Vyetnam./globalinfo.az   

Seçilən
5
4
referans.az

8Mənbələr