AZ

Özünə aid olmayan cərimələr adına gəlir - İsmayıllı sakini kömək istəyir VİDEO

İsmayilli sakininə ona aid olmayan  avtomobilin cərimələri gəlir. Onun adına 700 manat cərimə də gəlib.

Xezerxeber.az xəbər verir ki, hadisə İsmayıllı sakini Əfrail Səfərovun başına gəlib. O, bildirir ki, cərimələrin ödənmə vaxtı keçdiyindən dəbbə pulu da yığılır.

Əfrail Səfərovun sözlərinə görə, polisə müraciət edib. Məlum olub ki, onun adında həmin avtomobilə dair etibarnamə  var. Vətəndaş qeyd edir ki,onun etibarnamədən də xəbəri yoxdur.

Məsələyə Baş Dövlət Yol polisi İdarəsindən də münasibət bildirilib.

İndi vətəndaş düşdüyü bu durumda ona köməklik olunmasını istəyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
26
xezerxeber.az

1Mənbələr