1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Parisin (Fransa) Austerlits qatar stansiyasında atəş səsləri eşidilib.
Oxu.Az AFP-yə istinadən xəbər verir ki, stansiyada divara svastika çəkən şəxs zabitləri saxta silahla hədələdikdən sonra nəqliyyat təhlükəsizliyi əməkdaşları atəş açıblar.
Naməlum şəxs ağır yaralanıb. Hadisə nəticəsində daha bir nəfərin yüngül bədən xəsarətləri aldığı qeyd edilir.