AZ

Andrey Kurayev Gürcüstana buraxılmayıb

“Formula” televiziya şirkətinin məlumatına görə, məşhur pravoslav ilahiyyatçı və filosof Andrey Kurayev Gürcüstana buraxılmayıb.

Qaziler.az bildirir ki, bu barədə "Qruziya onlayn" xəbər verir.

O, Sulxan-Saba Orbeliani Universitetinin dəvəti ilə Gürcüstana gəlib fevralın 5-də mühazirə oxumalı idi, lakin sərhəddə saxlanılıb və pasportu əlindən alınıb.

Formula TV şirkəti bildirir ki, Andrey Kurayevə sərhəddə sənəd verilib və bu sənədə əsasən, 3 il müddətinə Gürcüstana giriş qadağan edilib.

QAZİLER.AZ

Seçilən
12
qaziler.az

1Mənbələr