AFFA İcraiyyə Komitəsinin növbəti iclasında verilən qərarları açıqlayıb.
Publika.az xəbər verir ki, Cahangir Fərəcullayevin baş katib vəzifəsinə təyin olunması barədə qərar qəbul edilib.
İclasda AFFA-nın 2025-ci il üçün büdcəsi təsdiqlənib.
Həmçinin AFFA-nın 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunub.
İcraiyyə Komitəsi 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (2008-ci il təvəllüd) baş məşqçisi İlham Yadullayevin müqavilə müddətinin “UEFA İnkişaf Turniri – 2025”də iştirakla əlaqədar mayın 1-dək uzadılması barədə qərar qəbul edib.