"Bavariya" klubu qapıçısı Manuel Noyer ilə yeni müqavilə imzalayıb.
90deqiqe.Az xəbər verir ki, Münhen klubu 38 yaşlı qolkiper ilə 30 iyun 2026-cı ilə qədər uzadıb. Bu barədə Almaniya klubu rəsmi saytında məlumat yayıb.
Mən futbol oynamaqdan çox zövq alıram və Bayern oyunçusu olaraq qalmaq istəyirəm. Mən hələ də acam və bu xüsusi klubda daha bir ili səbirsizliklə gözləyirəm. Həmişə yaxşı söhbətlərimiz olub. Bu yaxşı hissdir. Bu, xoş hissdir və bizim hələ birlikdə nail olacağımız çoxlu məqsədlərimiz var”, - deyə klubun mətbuat xidməti Noyerdən sitat gətirir.
38 yaşlı Noyer “Bavariya”nın heyətində 11 qat Almaniya çempionu, 5 dəfə Almaniya kubokunun qalibi və iki dəfə Çempionlar Liqasının qalibi olub. O, 2014-cü ildə Almaniya millisi ilə də dünya çempionatının qalibi olub.
Noyer bu mövsüm Münhen komandasının heyətində bütün yarışlarda 25 oyun keçirib.