Futbol üzrə Azərbaycan çempionatında komanda sayı artrılıb.
İdman.biz xəbər verir ki, bu barədə İcariyyə Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul olunub.
Misli Premyer Liqasında çıxış edən klubların sayı 2025/2026 mövsümündən etibarən 12 olacaq. 2022/2023 mövsümündən 10 komandalı formata üstünlük verən AFFA rəhbərliyi 3 ildən sonra yeniliyə gedib. Bu, futbol tariximizdə 21-ci dəfə formatda dəyişikliyi olub.
Qeyd edək ki, sonuncu dəfə 2009-2013-cü illər mövsümdə Azərbaycan çempionatı 12 komandalı sistem üzrə keçirilib.
Azərbaycan çempionatlarında mövsümlər üzrə komanda sayı:
1992-ci il: 26 klub
1993-cü il: 20 klub
1993-1994-cü illər: 16 klub
1994-1995-ci illər: 13 klub
1995-1996-ci illər: 11 klub
1996-1997-ci illər: 16 klub
1997-1998-ci illər: 15 klub
1998-1999-ci illər: 14 klub
1999-2000-ci illər: 12 klub
2000-2001-ci illər: 11 klub
2001-2002-ci illər: 12 klub
2003-2004-cü illər: 14 klub
2004-2005-ci illər: 18 klub
2005–2006-ci illər: 14 klub
2006–2007-ci illər: 13 klub
2007–2009-ci illər: 14 klub
2009–2013-cü illər: 12 klub
2013–2016-cı illər: 10 klub
2016–2022-ci illər: 8 klub
2022–2025-ci illər: 10 klub
2025-ci ildən: 12 klub
İdman.biz