AZ

Müharibənin əvvəlindən Ukraynada 63 min nəfər itkin düşüb

Xüsusi Vəziyyətlərdə İtkin düşmüş Şəxslərin Vahid Reyestrində hazırda 62 948 nəfər var.

Bu barədə “Ukrayna radiosu”nun efirində xüsusi şəraitdə itkin düşənlər üzrə səlahiyyətli nümayəndə Artur Dobroserdov məlumat verib. Onun sözlərinə görə, söhbət hərbi əməliyyatlar zamanı, Ukrayna ərazilərinin işğalı zamanı, habelə təbii və texnogen xarakterli fövqəladə hallar nəticəsində itkin düşən şəxslərdən gedir. O bildirib ki, bu status Xüsusi Vəziyyətdə İtkin Düşmüş Şəxslərin Vahid Reyestrinə məlumat daxil edilməklə verilir.

“Bu gün 62 948 nəfər axtarılır. Bu rəqəmə həm hərbçilər, həm də mülki şəxslər daxildir. Hazırda ölənlərin yeri və meyiti müəyyən edilib – bu, 10 291 nəfərdir”, – Dobroserdov bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
22
editor.az

1Mənbələr