Fevralın 3-nə keçən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin və Xüsusi Əməliyyat Qüvvələrinin pilotsuz təyyarələri Rusiyanın ordusu üçün əsas yanacaq istehsalçıları olan Volqoqrad Neft Emalı Zavoduna (Lukoyl-Volqoqradneftepererabotka) və Həştərxan Qaz Emalı Zavoduna hücum edib.
Bu barədə GORDON nəşrinə Ukrayna xüsusi xidmətindəki məlumatlı mənbələr məlumat verib.
Mənbənin məlumatına görə, Volqoqrad Neft Emalı Zavodu Rusiyadakı bütün neftin demək olar ki, 6%-ni emal edir. Mənbənin sözlərinə görə, orada SBU və SSO pilotsuz təyyarələri məşəl sistemini, 2 və 3 nömrəli ilkin emal qurğularını, həmçinin 20 və 21 nömrəli texnoloji blokları “əyləndirib”.
Ölkənin əsas enerji obyektlərindən biri olan və ildə 12 milyard m³ qaz kondensatı emal edən Həştərxan Qaz Emalı Zavodu da hücuma məruz qalıb. Mənbələrin bildirdiyinə görə, zavodun ərazisindəki qaz-kondensat emalı kompleksi zədələnib, hazırda orada yanğın gedir, zavodun fəaliyyəti dayandırılıb, zavodun işçiləri təxliyə edilib. Yandığı iddia edilən zavodun videosunu Astra Telegram kanalı yayıb.
//Samir Qurbanov, Editor.az