AZ

Slovakiyada ukraynalı döyülərək öldürülüb

Slovakiyanın paytaxtı Bratislavada naməlum şəxslər evsiz ukraynalını döyərək öldürüblər. Ukrayna Xarici İşlər Nazirliyi qərəzsiz araşdırma aparılmasını və təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb edir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna  Ukraynanın xarici işlər naziri Andriy Sıbiqanın bəyanatına istinadən xəbər verir.

Məlumata görə, hadisə Bratislavada "Nivy" ticarət mərkəzinin yaxınlığında baş verib. Orada həmin şəxs "New Yorker" geyim mağazasından oğurluq edərkən yaxalanıb. CCTV görüntülərində onun mağazanın arxasındakı otaqda döyüldüyü əks olunub.

Baş və bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan ukraynalı yanvarın 31-də orada ölüb. Həkimlər müəyyən ediblər ki, kişi silahlı şəxslərin hücumu nəticəsində xəsarətlər almış ola bilər.

KİV-in məlumatına görə, həmin şəxsin Ruzinovdan olan şəxsi təhlükəsizlik işçiləri və polis patrulu tərəfindən hücuma məruz qalması şübhəsi var.

Hazırda Slovakiya polisi Ukrayna vətəndaşının ölümü ilə bağlı bir neçə versiyanı nəzərdən keçirir.

QAZİLER.AZ

Seçilən
29
1
qaziler.az

2Mənbələr