AZ

Mütəxəssisin "əsla yemərəm" dediyi qida: Sağlam olduğunu bilirik, amma gizli qatqıları var

Mütəxəssisin "əsla yemərəm" dediyi qida:

Sağlam qidalanmaq üçün diqqətli seçimlər etmək vacibdir. Bəzi məhsullar sağlam kimi təqdim olunsa da, onların tərkibində gizli əlavələr ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, diyetoloq Dr. Federika Amati ultra işlənmiş qidaların təhlükələri barədə xəbərdarlıq edir. O, xüsusilə səhər yeməyi üçün nəzərdə tutulmuş dənli məhsulları istehlak etmədiyini bildirir.

Tam buğda çörəkləri sağlam görünsə də, çoxunda lif az olur və raf ömrünü uzatmaq üçün müxtəlif əlavələr əlavə edilir. Daha sağlam seçimlər üçün çovdar, kətan və qarabaşaq unundan hazırlanan çörəklər tövsiyə edilir.

Qəlyanaltılar və aşağı kalorili dondurmalar da gizli qatqılar səbəbindən sağlam variantlar hesab edilmir. Mütəxəssis təbii qidalar, qoz-fındıq, paxlalılar və təzə meyvələrə üstünlük verilməsini tövsiyə edir.

O, xüsusilə üç təhlükəli qida əlavəsinə diqqət çəkir: Karboksimetil selüloz, karragenan və yağ turşularının digliseridləri. Bu maddələr bağırsaq sağlamlığına və metabolizmə mənfi təsir göstərə bilər.

Alış-veriş zamanı etiketləri diqqətlə oxumaq və qatqısız məhsullara üstünlük vermək vacibdir. Günlük lif qəbulunu artırmaq immuniteti gücləndirir və ürək xəstəlikləri riskini azaldır.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
14
e-saglam.az

1Mənbələr