AZ

"Apple" qatlana bilən "iPhone" hazırlayır - İDDİA

Koreyalı bloq yazarı "Yeux1122"nin yeni bir paylaşımı qatlana bilən "iPhone" ilə bağlı şayiələrə bir yenisini daha əlavə edir. 

Valyuta.az xəbər verir ki, paylaşımda çoxlu detallar olmasa da, "Apple"ın qatlana bilən ekran üçün təchizatçı seçmək üzrə olduğu qeyd olunur. 

Bildirilənə görə, əgər hər şey plana uyğun gedərsə, "Apple" fevralın sonu ilə aprelin əvvəli arasında bükülə bilən ekran təchizatçısını dəqiq seçəcək.

Bildirilənə görə, bu qatalana bilən ekran olduqca sərt keyfiyyət nəzarət standartlarına tabedir və qatlana bilən ekran panelinin zərbəyə davamlılığı və qırışığın qarşısının alınması üçün mövcud “texniki tələblərə” uyğun olacağı bildirilir.

"Apple" tez-tez yeni məhsullar və heç vaxt gün işığı görməyən yenilənmiş dizaynlar üzərində işləyir, lakin qatlana bilən "iPhone" istehsal etmək ehtimalı olduqca yüksək görünür. Rəqibləri bir neçə ildir belə dizaynlar təqdim edir və hələlik kiçik olsa da, bu cihazlara tələbat olduğu müşahidə olunur.

"Samsung"un ilk "Flip" və "Fold" cihazlarını təqdim etməsindən bəri, qatlana bilən telefonlar sahəsində olduqca böyük irəliləyişlər əldə edilib və uzun illərdir "Apple"ın da qatlana bilən "iPhone" hazırladığı və bazara çıxarmağı planlaşdırdığı ilə bağlı şayiələr var. Lakin son zamanlar bu şayiələr getdikcə daha çox artır və daha etibarlı mənbələrdən də dəstək alır.

Məsələn, cəmi bir neçə həftə əvvəl aparıcı "Apple" analitiki Minq-Çhi Kuo şirkətin 2025-ci ilin ikinci yarısında istehsala başlama planlarını bildirən bir paylaşım edib. Kuonun təxmini, "Yeux1122"nin yeni paylaşımı ilə uyğun görünür.

Paşa Məmmədli

Seçilən
11
valyuta.az

1Mənbələr