AZ

​Fransa müdafiə xərclərini artırır

Fransa müdafiə xərclərini artıraraq böyük hərbi layihələrə imza atacaq. Metbuat.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron belə açıqlama verib. O bildirib ki, Avropa ölkələri də oxşar addımlar atmalıdır. Makron sərhəd təhlükəsizliyinin prioritet məsələ olduğu ifadə edib. Makron, yeni büdcənin açıqlanmasından sonra daha böyük hərbi layihələrə start verəcəklərini bildirib. O, ABŞ Prezidenti Donald Trampın Avropa ölkələri üçün gömrük vergilərini artıracağı ilə bağlı bəyanatına da cavab verib. Makronun sözlərinə görə, ABŞ ticarətlə bağlı Fransaya hücum edərsə, Avropa bunaadekvat cavab verməlidir.

Qeyd edək ki, Emmanuel Makronun bu bəyanatlarını NATO-nun müdafiə xərclərini artıracağı ilə bağlı açıqlamasından sonra səsləndirməsi diqqət çəkib. Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte ABŞ-nin müdafiə naziri Pit Heqsetlə telefon danışığından sonra alyansın müdafiə xərclərini artıracağını bəyan edib.

Seçilən
8
metbuat.az

1Mənbələr