AZ

"Trabzonspor" "Şaxtyor"dan daha bir futbolçu transfer etdi

"Trabzonspor" heyətini "Şaxtyor"un və Ukrayna millisinin sağ cinah müdafiəçisi Oleksandr Zubkov gücləndirib.

90deqiqe.Az xəbər verir ki, Trabzon klubu 28 yaşlı futbolçu ilə 4 il yarımlıq müqavilə imzalayıb. Qara dəniz təmsilçisi yeni futbolçu üçün 6 milyon avro ödəyib.

Oleksandrı bu mövsüm "Şaxtyor"un heyətində 21 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. Hücum edən oyunçu “Şaxtyor”un gənclik sisteminin məhsuludur, lakin o, artıq bir dəfə klubu tərk edib, 2019-2022-ci illərdə Macarıstanın “Ferençvaroş” klubunda çıxış edib.

Bu, "Trabzonspor"un cari qış transfer pəncərəsində "Şaxtyor"dan transfer etdiyi ikinci futbolçudur. Daha əvvəl kluba hücumçu Daniil Sikan da qoşulmuşdu.

Seçilən
13
90deqiqe.az

1Mənbələr