Xatırlayırsızsa, "şirlər" hələ ortada danışılmış oyunlarla bağlı konkret bilgilər olmadığı vaxt Adillə yanaşı, gürcüstanlı futbolçu Georgi Kantariya ilə yolları ayırdı. Lakin komitənin məlum qərarında onunla əlaqədar bilgi yoxdu.
Bu nə ilə bağlıdı? Kantariyanın suçsuz olduğu sübut edilib, yoxsa onunla bağlı araşdırma hələ başa çatmayıb?
"Football-plus.az"ın suallarını AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov cavabladı:
"Bizə onunla bağlı hansısa məlumat daxil olmayıb. Böyük ehtimalla, hüquq mühafizə orqanları Kantariya ilə bağlı araşdırmanı davam etdirir. Proses başa çatandan sonra nəticəyə uyğun olaraq müvafiq addımlar atılacaq".
Xatırladaq ki, "Mingəçevir"in futbolçuları Mövlan Kərimov, Xəyal Xudaverdiyev və Muxtar Nəzərli də danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan ömürlük uzaqlaşdırılıb.
KƏNAN BAHADIR