AZ

Badmintonçumuz İranda gümüş medal qazanıb

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra İranda keçirilən XXXIII “Iran Fajr International Challenge” turnirində gümüş medal qazanıb.

Qadın badmintonçuların şəxsi yarışında mübarizəyə 1/32 finaldan başlayan 21 yaşlı milli üzvü finala gedən yolda İran, Türkiyə, Bolqarıstan və Hindistandan olan rəqiblərinə qalib gəlib.

Keişa qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada Türkiyə badmintonçusu Neslihan Arınla üz-üzə gəlib. Oyun turnirin reytinq favoriti olan rəqibin 2:0 (21:17, 21:14) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Keişa Fatimə Zəhra hazırda Dünya Badminton Federasiyasının reytinq siyahısında 49-cu sırada qərarlaşıb.

Seçilən
18
10
cbcsport.az

10Mənbələr