Türkiyənin "Trabzonspor" klubu ukraynalı vinger Aleksandr Zubkovun keçidini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə qaradənizlilərin mətbuat xidməti məlumat yayıb.
Futbolçu 22 nömrə ilə çıxış edəcək.
Sövdələşmənin maliyyə detalları açıqlanmır. Mətbuatın yazdığına görə isə, transfer məbləği 6,5 milyon avro olub.
28 yaşlı vinger bu mövsüm "Şaxtyor"un heyətində bütün yarışlarda 21 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Zubkov Ukrayna millisinin üzvüdür. Ukrayna DÇ-2026-nın seçmə mərhələsində millimizin rəqibləri olacaq. Yığmamız ukraynalılarla yanaşı, İslandiya, həmçinin Fransa – Xorvatiya cütünün qalibi ilə eyni qrupda yer alıb.
"Trabzonspor" qış fasiləsində "Şaxtyor"un və Ukrayna millisinin hücumçusu Danilo Sikanı da heyətinə qatıb.
Mirağa