Bakı, TurkicWorld
Roketsan tərəfindən hazırlanan TAYFUN Qısa Mənzilli Ballistik Raket Sistemi sınaq atışı zamanı dəniz səthindəki hədəfi tam dəqiqliklə vurub.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, üçüncü sınaq atışı Rizə-Artvin hava limanından həyata keçirilib.
Atış testi zamanı 500+ kilometr mənzilli TAYFUN raketi üçün 700 kilometrlik bir ərazidə hava və dəniz hərəkəti dayandırılıb. Qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirən TAYFUN Ballistik Raketı dəniz səthindəki hədəfi uğurla vurub. Ballistik raketlərin adətən hədəf bölgəsinə 50-100 metr məsafədə partladığı nəzərə alındıqda, hədəfini santimetr dəqiqliyi ilə vuran TAYFUN, Türk müdafiə sənayesi üçün bir qürur mənbəyi olub.
Nəzərinizə çatdıraq ki, raketin uzunluğu təxminən 6,5 metr, diametri 610 mm, çəkisi isə 2300 kiloqramdır. Roketsan tərəfindən xüsusi olaraq hazırlanmış 'koordinat istiqamətləndirmə sistemi' istifadə edilən raket əvvəlcədən formalı parçalanma döyüş başlığı ilə təchiz edilib. Strateji obyektlərin və hədəflərin məhv edilməsi üçün inkişaf etdirilən TAYFUN, elektron müharibə fəaliyyətlərinə də davamlı bir quruluşa malikdir.
TAYFUN-un hipersəs səviyyələrinə çatan seyr sürəti sayəsində düşmənin hava və raketdən müdafiə sistemləri tərəfindən aşkarlanması və qarşısının alınması da çox çətindir.