AZ

Donald Tramp Meksika mallarına nəzərdə tutulan rüsumları dayandırmaq qərarına gəldi

ABŞ prezidenti Donald Tramp Meksikadan gətirilən mallara nəzərdə tutulan rüsumları dayandırmaq qərarına gəlib.

Bu barədə fevralın 3-də Meksika prezidenti Klaudiya Şeynbaum X sosial şəbəkəsində məlumat verib. Onun sözlərinə görə, “yaxşı” adlandırdığı söhbət zamanı dövlət başçıları bir sıra razılaşmalar əldə ediblər. Xüsusilə, Meksika narkotiklərin və fentanilin Meksikadan ABŞ-a qanunsuz dövriyyəsinin qarşısını almaq üçün 10 min Milli Qvardiya əsgəri ilə şimal sərhədini dərhal gücləndirəcək.

Öz növbəsində ABŞ Meksikaya silah tədarükünün qarşısını almaq üçün səylərini artıracaq. Həmçinin, iki ölkənin komandaları iki sahədə işə başlayacaq: təhlükəsizlik və ticarət. Rüsumların tətbiqi bir ay müddətinə dayandırılır.
Tramp özü “Truth Social”-da Meksikaya tarifləri bir ay müddətinə dayandıracağını təsdiqləyib. “Biz gözlənilən tarifləri bir ay müddətinə dərhal dayandırmağa razılaşdıq, bu müddət ərzində dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lutnik, eləcə də Meksikanın yüksək vəzifəli rəsmiləri ilə danışıqlar aparacağıq.

ABŞ prezidenti yazıb ki, biz “ölkələrimiz arasında razılaşma” əldə etməyə çalışır və prezident Şeynbaumla bu danışıqlarda iştirak etməyi səbirsizliklə gözləyirik.

//Samir Qurbanov, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr