Editor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası bildirib.
Danışıqlar zamanı Suriyadakı son hadisələr bütün aspektləri ilə müzakirə olunacaq və iki ölkənin iqtisadiyyatın bərpası, Suriyada davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün atmalı olduğu birgə addımlara qiymət veriləcək”.
– Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Fahrettin Altun deyib. O bildirib ki, tərəflər yəqin ki, çoxtərəfli platformalarda Ankaranın Suriyanın keçid hakimiyyətinə göstərməyə hazır olduğu yardımı müzakirə edəcəklər.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Suriyanın bərpasında əsas istiqaməti açıqlamışdı. Nazir Hakan Fidan bu istiqamətdə enerji əsas olacağını vurğulayıb.
//Samir Qurbanov, Editor.az