Bazar ertəsi, fevralın 3-də Türkiyənin milli valyutası tarixi minimuma enib.
Günün birinci yarısında respublikada dolların məzənnəsi 36,0015 lirəyə yüksəlib. Xatırladaq ki, Amerika valyutası Türkiyədə ötən ilin yayında bahalaşmağa başlayıb. Bir gün əvvəl ticarətin bağlanışında 35,6977 lirə idi.
//Samir Qurbanov, Editor.az