Türkiyə Supeliqasının 22-ci turunun son matçı keçirilib.
Yenisabah.az xəbər verir ki, lider "Qalatasaray" səfərdə "Qaziantep"in qonağı olub.
Oyun "cim-bom"un minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 5-ci dəqiqədə Ahmet Kutucu vurub.
Hazırda "Qalatasaray" 57 xalla turnir cədvəlinin vahid lideridir. Klub ən yaxın izləyici "Fənərbağça"nı 6 xal qabaqlayır. "Qaziantep" isə 26 xalla 12-cı sıradadır.
Telegram kanalımız