AZ

Donetskdə daha bir kənd Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib

Rusiya Silahlı Qüvvələri "DXR"in Yelizavetovka kəndini nəzarətə götürüb

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə rusiyalı hərbi müxbir Kotenok xəbər verib.

Hərbi müxbir Yuri Kotenok öz Telegram kanalında Rusiya Silahlı Qüvvələrinin bölmələrinin Ukraynanın Donetsk  vilayətinin Yelizavetovka kəndini nəzarətə götürdüyünü bildirib. Onun sözlərinə görə, Rusiya qoşunları Vodyanoye Vtoroye və Baranovka yaşayış məntəqələri üzərində tam nəzarəti bərqərar etməyə yaxındır.

"Hücum qruplarımız demək olar ki, Vodyanoye Vtoroye və Baranovkaya nəzarəti tamamilə ələ keçirib. Tarasovka və Zelenoye Pole istiqamətində hücumu inkişaf etdirməyə davam edir. Yelizavetovka nəzarətə götürülüb", - deyə o, yazıb.

Kotenok Rusiya qoşunlarının Yelizavetovkada hələ də mövqelərini möhkəmləndirmədiyini, lakin "hücumlarla məşğul olduğunu" açıqlayıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri hazırda ehtiyatları əks-hücumlara atır.

QAZİLER.AZ

Seçilən
13
1
qaziler.az

2Mənbələr