Demokrat.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Nəşr qeyd edir ki, işlər fevralın 3-də səhər saatlarında başlayıb və təxminən üç gün davam edəcək. İlk qalıntılar Bakı vaxtı ilə təxminən 21.00-da qaldırılıb və kranın köməyi ilə təyyarənin mühərriklərindən biri çaydan çıxarılıb.
Yanvarın 30-da Kanzasdan uçan Bombardier CRJ700 sərnişin təyyarəsi Vaşinqtondakı Reyqan hava limanına yaxınlaşarkən havada hərbi Black Hawk helikopteri ilə toqquşub. Hər iki təyyarə Potomak çayına düşüb.
Əfsanə Kamal
Demokrat.az