AZ

"Komo"dan "Benfika"ya

İtaliyalı hücumçu Andrea Belotti "Komo"dan "Benfika"ya keçib.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı cari mövsümün sonuna qədər icarə əsasında Lissabon təmsilçisində çıxış edəcək. Müqavilədə birdəfəlik almaq variantı yoxdur. Təcrübəli forvard yeni klubunda 19 nömrəli forma ilə çıxış edəcək.

Bu mövsüm "Komo" üçün 19 oyunda o, A Seriyasında rəsmi matçlarda cəmi iki qol vura bilib. Məşhur hücumçunun dəyəri hazırda Transfermarkt portalında cəmi 2 milyon avro olaraq göstərilib. Və bu rəqəm 2017-ci il təqvim ilinin sonunda 40 milyon avro ilə pik dəyərə çatıb.

Seçilən
10
90deqiqe.az

1Mənbələr