AZ

Niyə 5 dəqiqədən bir deyilməlidir ki, siyasi məhbuslarınız var?!


“Amnistiya ilə bağlı addımın atılması cəmiyyət üçün çox vacibdir. Bizim millət çox həlimdir və həm də hər bir yaxşı addıma yaxşı da cavab verir".

 
Bunu "Yeni Sabah"a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

 O, Milli Məclisin yaz sessiyasının ilk iclasında Siyavuş Novruzovun təklifinə münasibət bildirib. 

Xatırladaq ki, parlamentin Regional məsələlər komitəsinin sədri Azərbaycanda Amnistiya Aktına ehtiyac olduğunu vurğulayıb.

Deputat bildirib ki, 1990-cı illərdən başlayaraq, Azərbaycanda 13 Amnistiya Aktı və 70-dən artıq əfv sərəncamı qəbul olunub.

Novella Cəfəroğlu təklifi dəstəkləyib:

“Amnistiya ilə bağlı addımın atılması cəmiyyət üçün çox vacibdir. Bizim millət çox həlimdir və həm də hər bir yaxşı addıma yaxşı da cavab verir.

Birincisi, minlərlə insan öz ailəsinin yanında qayıdacaq. İkincisi, siyasi motivlə həbs olunanlar cəza müddətlərinin yarısından çoxunu çəkiblər.

Hazırda Birinci Qarabağ müharibəsində işitrak edən Elçin Əmiraslanovun komandası (keçmiş xüsusi təyinatlı polislər - red.) və digər siyasi məhbusların çoxu 30 ildən çoxdur ki, həbsdədir. Yeni Amnistiya Aktının onlara şamil edilməsi həm də Qərbin Azərbaycana qarşı qərəzli çıxışlarına və tələblərinə son qoyacaq.

Onlar mütəmadi olaraq, Azərbaycanda siyasi məhbusların olmasını ön plana çəkir, bundan, bir növ, siyasi vasitə kimi istifadə edirlər.

Amnistiya Aktı millətimizin bir-birinə sıx bağlantısı olacaq. Bu baxımdan, Siyavuş Novruzovun çıxışı ilə tam razıyam”.

Novella Cəfəroğlu hüquq müdafiəçisi kimi öz istəyini səsləndirib:

“İstərdim ki, bu il həm əfv, həm də amnistiya olsun. Bunu çox istəyirəm. Həqiqətən hər dəfə siyahılar hazırlamaqdan yorulmuşuq. Bu gün bizə dilaloq vacibdir. Avropa niyə 5 dəqiqədən bir deməlidir ki, sizin siyahi məhbuslarınız var?! Bir çox ölkələrin bizi gözü götürmür. Bu addım digər ölkələrin Azərbaycana qarşı qərəzli yanaşmasının qarşısını alacaq. Elə bu kimi səbəblərə görə Amnistiya Aktının qəbul edilməsi tərəfdarıyam”.


Seçilən
11
1
nuh.az

2Mənbələr