AZ

Alvaro Morata "Qalatsaray"da debüt edib

Qış transfer pəncərəsində "Milan"dan "Qalatsaray"ya transfer olunan Alvaro Morata Türkiyə Super Liqasında debüt edib. 

90deqiqe.Az xəbər verir ki, hücumçu "Qalatsaray" - "Qaziantep" ilə matçda meydana çıxıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Forvard 69-cı dəqiqədə Dries Mertensin yerinə meydana daxil olub.

Xatırladaq ki, mövsüm ərzində “Qalatasaray”ın iki güclü hücumçusundan biri olan Mauro İkardi heyətdən kənarlaşdırılıb. Moratanın mövsümün sonuna qədər Türkiyə çempionu olmaq üçün əla şansı var, “Qalatasaray” turnir cədvəlində “Fənərbağça”dan 6 xal öndədir. Daha əvvəl "Milan" Niderland çempionatından Moratanın yerinə gənc hücumçu Santyaqo Ximenesi heyətinə qatıb.

Seçilən
13
90deqiqe.az

1Mənbələr